Fulya Öztürk OD PÜSKÜRDÜ – “2 aydır əynimə paltar belə ala bilmirəm” - VİDEO 

Fulya Öztürk OD PÜSKÜRDÜ – “2 aydır əynimə paltar belə ala bilmirəm” - VİDEO 

Hazırda oxunan: Fulya Öztürk OD PÜSKÜRDÜ – “2 aydır əynimə paltar belə ala bilmirəm” - VİDEO 

40169

FOX TV-nin aparıcısı Fulya Öztürk həmkarı Fatih Portağalın tənqidinə sərt cavab verib. 

Bizim.Media xəbər verir ki, məşhur aparıcı canlı yayımda hisslərini emosional şəkildə ifadə edib: 

“Mən 2 aydır maaş alıram, əynimə bir paltar belə almamışam. Xəbəriniz varmı? Qazandığım pulla özümə heç bir şey almamışam. Uşaqları yataqxanaya yerləşdirdim, onlara təqaüd ayırdım. Qazandığım pulun 5 faizini belə özümə xərcləməmişəm, Allah şahidimdir. Mən bu efirə başlayarkən mənə deyildi ki, biz yardım proqramı qururuq, insanlara kömək edəcəyik. Bizim hər kəsdən fərqimiz olacaq. Xeyir iş görürüksə, varam. Nə yaşadığım evim dəyişdi, nə geyim tərzim dəyişdi, nə də iqtisadi durumum”. 

Fulya Öztürk daha sonra efirlərində daha pis görüntülər yayımlayanların niyə tənqid edilməyini soruşub: 

“Siz məni oturduğunuz yerdə kiçik görə, tənqid edə bilməzsiniz. Çörək yediyiniz yerə söz ata bilməzsiniz. Mənim çox sevdiyim, hörmət etdiyim insanlar, nə oldu? Başqaları ensest münasibətlər işləyərkən, 15 gün eyni mövzunu masaya yatırarkən susdunuz. Mən 15 il CNN Türk-də işləmişəm. Nə vaxtsa, o kanal barədə pis bir fikir söyləsəm, məndən qorxun. Siz illərlə çörəyini yediyiniz yerə söz deyirsiniz”. 

Xatırladaq ki, F. Portağal keçmiş kanalında yayımlanan Fulyanın proqramı haqqında “yerli yersiz, iyrənc mövzular işlənir” ifadəsini səsləndirmişdi.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO