“Atletiko Madrid” Messinin sabiq komandasını məğlub etdi - VİDEO

“Atletiko Madrid” Messinin sabiq komandasını məğlub etdi - VİDEO

Hazırda oxunan: “Atletiko Madrid” Messinin sabiq komandasını məğlub etdi - VİDEO

39889

Oktyabrın 2-də futbol üzrə İspaniya La Liqasının 8-ci turun mərkəzi qarşılaşması keçirilib.

Bizim.Media xəbər verir ki, “Metropolitano” stadionunda keçirilən görüşdə “Atletiko Madrid” klubu “Barselona”nı qəbul edib.

Gərgin keçən görüş meydan sahiblərinin xeyrinə başa çatıb - 2:0.

Madrid təmsilçisinin heyətində Tomas Lemar və Luis Suares fərqləniblər.

Qələbə sayəsində xallarının sayını 17-ə çatdıran "Atletiko Madrid" ikinci pilləyə yüksəlib.

"Barselona" isə 12 xalla 10-cı yerdə qərarlaşıb. Hazırda turnir cədvəlinə bir oyun az keçirən “Real Madrid” başçılıq edir. “Kral” klubunun aktivində 17 xal var.

Karlo Ançelottinin yetirmələri bu gün səfərdə “Espanyol” komandasının qonağı olacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO