Gülüstan Əliyeva göz yaşlarına boğuldu: “Yoldaşımın cəsədini qəbirdən çıxarıblar” - VİDEO 

Gülüstan Əliyeva göz yaşlarına boğuldu: “Yoldaşımın cəsədini qəbirdən çıxarıblar” - VİDEO 

Hazırda oxunan: Gülüstan Əliyeva göz yaşlarına boğuldu: “Yoldaşımın cəsədini qəbirdən çıxarıblar” - VİDEO 

39521

Əməkdar artist Gülüstan Əliyevanın 30 ildən sonra şəhid həyat yoldaşı - Zahid Əhmədovun Cəbrayıl rayonundakı məzarını ziyarət etdiyi barədə xəbər vermişdik. 

Bizim.Media xəbər verir ki, Bizimləsən” proqramında qonaq olan müğənni yoldaşının qəbrinin ermənilər tərəfindən dağıdıldığını bildirib. 

Əliyevanın sözlərinə bütün qəbirlərin dağıldığını əlavə edib: 

“Bütün qəbirlər dağıdılıb. Müqəddəslərin qəbrini altını üstünə çeviriblər. Yoldaşımın başdaşı yaşıl mərmərdən idi. Başdaşı dağıdılmışdı, amma bir qırıq yaşıl mərmər qalmışdı. Onu tapdım". 

Gülüstan Əliyeva ermənilərin sağ ikən həyat yoldaşının başına pul qoyduğunu diqqətə çatdırıb. 

“Ermənilər yoldaşımı tanıyırdılar. O vaxtkı Hadrutun (Ağoğlan) prokurorunun oğlunu öldürmüşdü. Ermənilər onu öldürmək üçün başına pul qoymuşdular. Bütün qəbrlər bir tərəfdən oyularaq açılıb... Yoldaşımın da qəbrində böyük oyuq var idi. Qəbri qazılıb və cəsədi çıxarılıb”. 

Xatırladaq ki, Z. Əhmədov 1991-ci ildə Qarabağ müharibəsində şəhid olub. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO