Müştəri hirslənərək bankomatı tava ilə sındırdı – ANBAAN VİDEO

Müştəri hirslənərək bankomatı tava ilə sındırdı – ANBAAN VİDEO

Hazırda oxunan: Müştəri hirslənərək bankomatı tava ilə sındırdı – ANBAAN VİDEO

38338

Krasnoyarsk diyarının Dudinka şəhərində bir kişi hesaba pul qoya bilmədiyindən hisrlənib və bankomatı tava ilə zədələyib.

Bizim.Media xəbər verir ki, bu haqda indormasiyanı “RİA Novosti” agentliyi Rusiya Daxili İşlər Nazirliyinin regional qərargahının mətbuat xidmətinə istinadən yayıb.

"Polis məmurları bankomatın mətbəx tavasından zədələndiyini yoxlayırlar", - mesajda deyilir.

İdarə Dudinkadakı bankomatın zədələnməsi ilə bağlı mesajın bir bank işçisindən gəldiyini deyib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına məlum olub ki, bir gün əvvəl kişi və həyat yoldaşı hesaba pul yatırmaq istəyiblər, lakin texniki səhv səbəbindən bunu etmək mümkün olmayıb.

Adam evə gəlib, tavanı arvadından alaraq bankomatı sındırıb. Bölgə baş ofisinin məlumatına görə, dəymiş ziyan 124 min rublu keçib.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO