Ronaldo 3 oyunda 4 qol vurdu – VİDEO

Ronaldo 3 oyunda 4 qol vurdu – VİDEO

Hazırda oxunan: Ronaldo 3 oyunda 4 qol vurdu – VİDEO

37683

Bu gün Avropanın aparıcı çempionatlarında bir sıra maraqlı görüşlər keçirilir.

Bizim.Media xəbər verir ki, onlardan bir çoxu gecə saatlarına təsadüf etsə də, bəziləri artıq başa çatıb.

Niderland birinciliyində “PSV Eyndhoven” ilə “Feyenord” qarşılaşması meydan sahibinin darmadağın olunmasıyla yadda qalıb. Belə ki, qonalar PSV-nin qapısından dörd cavabsız qol keçirib - 4:0.

İngiltərə Premyer Liqasında isə Kriştiano Ronaldo fırtınası əsməkdə davam edir.

“Mançester Yunayted”ə keçidindən sonra iştirak etdiyi hər oyunda qol vuran hüçumçu bu dəfə də “Vest Hem”ə qarşı fərqlənib.

36 yaşlı portuqaliyanın 35-ci dəqiqədə vurduğu qolda ofsayd şübhəsi olsa da, VAR hər şeyi öz yerinə qoyub və qol hesaba alınıb.

Beləliklə də, Ronaldo komandasının 2-1 hesablı üstünlüyülə bitən oyundakı qələbədə pay sahibi olub.

Onu da qeyd edək ki, “Vest Hem” oyunun 90+5-ci dəqiqəsində bərabərlik şansını əldən verib. Mark Noble 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

Qeyd edək ki, Bakı vaxtilə saat 19:30-da “Totenhem” – “Çelsi”, 22:45-də PSJ – “Lion” və “Yuventus” – “Milan”, 23:00-da isə “Valensiya” – “Real” matçları start götürəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO