44 günlük Vətən savaşında Oğuz şəhidlərinə hörmətsizlik olunub. Şəhid olanların məzarları üzərindən əklil və gül dəstələri götürülərək kənardakı dərəyə atılıb.
Bu barədə şəhid Məhəbbət Paşayevin atası Vaqif Paşayev sosial şəbəkələrdə görüntülər yayıb. Görüntülərdə bəzi şəhidlərin dərəyə yuvarlanmış barelyefləri də öz əksini tapıb.
Şəhid atasının iddiasına görə əklillər Oğuz rayon icra başçısının birinci müavini Etibar Yusubovun tapşırığına əsasən götürülüb.
Məsələ ilə bağlı Bizim.Media Oğuz Rayon İcra Hakimiyyəti ilə əlaqə yaradıb. Qurum rəsmisi Saleh Məhərrəmov saytımıza açıqlamasında əklil və gül dəstələrinin götürülməsini belə izah edib:
“Şəhidlər Xiyabanında əsaslı təmir gedib və yekunlaşma üzrədir. Yüksək səviyyədə ora təmir olunub. O güllər də məzarlar üzərindən götürülməyib.
Kənara qoyulub və yenidən geri qaytarılıb. Orada elə bir problem yoxdur. Videonu haradsa gedib çəkiblər.
Harada çəkilibsə, heç nə deyə bilmərəm. Bütün media nümayəndələri gəlib baxa bilərlər. Hətta I Qarabağ şəhidlərinin də barelyefləri hazırlanıb. Yəni bura da Bakının Şəhidlər Xiyanabı səviyyəsində hazırlanıb”, - deyə Saleh Məhərrəmov əlavə edib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Multimedia
13:20 / 07.09.2021
Oğuzda şəhidlərimizin əklilləri niyə dərəyə ATILIB? - İcra Hakimiyyətindən CAVAB - VİDEO
Hazırda oxunan: Oğuzda şəhidlərimizin əklilləri niyə dərəyə ATILIB? - İcra Hakimiyyətindən CAVAB - VİDEO
Hazırda oxunan: Oğuzda şəhidlərimizin əklilləri niyə dərəyə ATILIB? - İcra Hakimiyyətindən CAVAB - VİDEO
35894
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.