Əgər yoluxma sayındakı bugünkü rəqəmlər üç həftə də davam etsə, yaxın həftələrdə xəstəxanalarda yer problemi ilə rastlaşa bilərik.
Hazırda xəstəxanalarda xəstə sayı çoxdur və demək olar ki, palatalar dolu vəziyyətdədirlər.
Bizim.Media xəbər verir ki, bunu ARB-24-ün "Gündəm" verilişinə açıqlamasında həkim Vüqar Cavadzadə deyib.
O bildirib ki, ölkədə koronavirusun delta ştammı geniş yayılır:
MÖVZU İLƏ BAĞLI:
HƏKİMDƏN AÇIQLAMA - “Vaksinin sonsuzluğa və ya hamiləliyə mənfi təsiri ola bilməz” - VİDEO
"Bugünkü ölüm sayı da real göstəricidən təxminən iki dəfə azdır.
Eyni zamanda yoluxma göstəricisi də 7-8 min civarında olar. Vəziyyət çox ciddidir, evlərdə kifayət qədər ağır xəstələr var. Delta ştammı gənclər və kiçik yaşlı uşaqlar arasında özünü çox kəskin əlamətlərlə göstərir.
10 yaşlı uşaqlarda ölüm faizi, demək olar ki, 0 səviyyəsindədir. Həmçinin yaşlı şəxslərlə müqayisədə uşaqlarda deltanın gedişatı müalicəyə daha tez tabe olur".
Ətraflı materialda:
Bizim.Media