Zaxarova: “Rusiya Türkiyə və Ermənistanın yaxınlaşmasına hər cür kömək etməyə hazırdır” - VİDEO

Zaxarova: “Rusiya Türkiyə və Ermənistanın yaxınlaşmasına hər cür kömək etməyə hazırdır” - VİDEO

Hazırda oxunan: Zaxarova: “Rusiya Türkiyə və Ermənistanın yaxınlaşmasına hər cür kömək etməyə hazırdır” - VİDEO

35293

“Ankara ilə İrəvan arasında bir müddət öncə müsbət siqnal mübadiləsini gördük. Rusiya hər zaman Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlı olub”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bu kontekstdə Sürix protokollarını xatırladıb.  

“Bilirsiniz ki, Rusiya Sürix protokollarının imzalanması prosesində birbaşa iştirak edib. Moskva 2009-cu ildə Sürix protokolların imzalanmasının əsas təşəbbüskarı və vasitəçisi rolunda çıxış edirdi. Sürix protokolları Türkiyə və Ermənistan arasında heç bir ön şərt irəli sürmədən əməkdaşlığı nəzərdə tuturdu.
 

MÖVZU İLƏ BAĞLI:

Zaxarovadan Qarabağ AÇIQLAMASI: “9 noyabr üçtərəfli razılaşmasının...”


Təəssüf ki, Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş təşəbbüs həyata keçmədi, tərəflər bu təşəbbüsü reallaşdırmadı, bu artıq hər ölkənin öz iradəsi idi”, - deyə o bildirib.

M.Zaxarova qeyd edib ki, Rusiya indi də iki qonşu ölkənin - Türkiyə və Ermənistanın qarşılıqlı hörmət və bir-birinin maraqlarını nəzərə almaqla yaxınlaşması üçün hər cür kömək etməyə hazırdır:

“Hesab edirik ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar razılaşmalarının həyata keçməsi kontekstində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bərabər Ankara-İrəvan münasibətlərinin də normallaşması regionda sülh, sabitlik və çiçəklənməyə xidmət edərdi.

O ki qaldı “altılıq” platformasına, biz hesab edirik ki, bu cür format platformanın potensial iştirakçılarının maraqlarına, sülhün, inamın möhkəmlənməsinə, iqtisadi proseslərin stimullaşmasına, Cənubi Qafqazda əməkdaşlıq proseslərinə töhvə verərdi”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO