10 nömrəli formanı “Barselona”da bu futbolçu geyinəcək - VİDEO

10 nömrəli formanı “Barselona”da bu futbolçu geyinəcək - VİDEO

Hazırda oxunan: 10 nömrəli formanı “Barselona”da bu futbolçu geyinəcək - VİDEO

35112

İspaniyanın "Barselona" klubunda 10 nömrəli formanı geyinəcək futbolçunun adı bəlli olub.

Bizim.Media Kataloniya təmsilçisinin rəsmi Tvitter hesabına istinadən xəbər verir ki, bu forma 19 yaşlı hücumçu Ansu Fatiyə həvalə edilib.

Daha əvvəl 10 nömrəli futbolkada Fransa PSJ-sinə keçən argentinalı futbolçu Lionel Messi çıxış edib.

Qeyd edək ki, Ansu Fati "Barselona"nın yetirməsidir. O, 2020/2021 mövsümündə 10 oyun keçirib, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Forvard 2020-ci ilin noyabrından dizindəki zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalıb.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO