"Yolun 21 kilometri Azərbaycanındır" - PAŞİNYAN - VİDEO

Hazırda oxunan: "Yolun 21 kilometri Azərbaycanındır" - PAŞİNYAN - VİDEO

34535

“Azərbaycan Ermənistandan iki kənd də daxil olmaqla Gorus-Qafan yolunun 21 kilometrini Azərbaycan ərazisi kimi tanıdığını rəsmən bəyan etməsini tələb edib”. 

Bizim.Media xəbər verir ki, bunu politoloq Stepan Danielyan deyib. O, Baş nazir Nikol Paşinyan tərəfindən bu tələbin qəbul edildiyini bildirib: 

“Tələb yerinə yetirilib. Baş nazir hökumətin iclasında bildirdi ki, 21 kilometr Azərbaycan ərazisidir. Eyni zamanda o, iki kəndin Azərbaycan adlarını çəkib”. 
 

MÖVZU İLƏ BAĞLI:

Gorus-Qafan yolu açılacaq?


Paşinyan çıxışında Azərbaycanın işğaldan azad olunan Qubadlı rayonunun Eyvazlı və Çayzəmi kəndlərinin adlarını Azərbaycan toponimləri ilə adlandırıb. 

Avqustun 25-də Azərbaycanın Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının əsgərinə Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığında iki erməni hərbçisi tərəfindən edilmiş hücumun ardınca Ermənistanın Gorus və Qafan vilayətlərini birləşdirən, bir hissəsi Azərbaycan ərazisindən keçən yol bağlanıb. (Qafqazinfo) 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO