Ağ Evdən etiraf: “85 milyard dollarlıq hərbi texnikamız Talibanın əlindədir” – VİDEO

Ağ Evdən etiraf: “85 milyard dollarlıq hərbi texnikamız Talibanın əlindədir” – VİDEO

Hazırda oxunan: Ağ Evdən etiraf: “85 milyard dollarlıq hərbi texnikamız Talibanın əlindədir” – VİDEO

34498

ABŞ rəsmiləri Talibanın əlində nə qədər ABŞ texnikasının olduğunu açıqlayıblar. 

Bizim.Media Reuters agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Loyd Ostin jurnalistlərə açıqlamasında bildirib. 

Ostinin dediklərinə görə, Talibanın əlinə keçən ABŞ texnikalarının ümumi dəyəri 85 milyard dollardır: 

“Ümumilikdə taliblərin əlində 2 min hərbi maşın, 40-dan çox hərbi təyyarə və helikopter, 600 mindən çox kiçik silahımız var. Eyni zamanda Talibanın arsenalında dünya ölkələrinin 85%-də olmayan “Blackhawk” helikopterləri də var. Biz Əfqanıstanda yalnız hərbi texnikalarımız tərk etməmişik, habelə bəzi biometrik cihazlar (barmaq izi, göz və üz tanıma sistemləri) da artıq qruplaşmanın əlindədir”. 

Bundan əlavə Ağ Ev rəsmisi qeyd olunan hərbi arsenalı geri qaytarmaq üçün heç bir planlarının olmadığını da etiraf edib. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO