Dünyanın ən məşhur futbolçularından olan Zlatan İbrahimoviç San-Remo festivalına gedərkən tıxacda qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, öz hesabında paylaşım edib.
İsveçli futbolçu maraqlı həll yolu ilə vəziyyətdən çıxıb. Yaxınlığında olan əcnəbinin motorsikletinə minib, yoluna davam edib.
Problemin kökündən həllini tapan oyunçu videonu sosial mediada paylaşıb. Milan klubunun ulduzunun bu addımı izləyicilər tətəfindən maraqla qarşılanıb,bəyənilib.
Bizim.Media