Cəmil Həsənlinin namizədliyi qeydə alındı

Cəmil Həsənlinin namizədliyi qeydə alındı

Hazırda oxunan: Cəmil Həsənlinin namizədliyi qeydə alındı

33733
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiyanın katibi Arifə Muxtarova namizədliyi irəli sürülən Cəmil Poladxan oğlu Həsənli haqqında məlumat verib. Moderator.az xəbər verir ki, MSK katibi  C. Həsənlinin təqdim etdiyi imza vərəqələri yoxlanıldığını və onun namizədliyinin qeydə alınması üçün hüquqi əsasların olması müəyyən edildiyini deyib.
 
MSK-nın İşçi qrupunun rəhbəri İlham Məmmədov isə deyib ki, MSK-ya 44 495 imza nümunəsi təqdim edilib, 40291 imza etibarlı sayılıb.
 
Arifə Muxtarova əlavə edib ki, seçki qanunvericiliyinə görə, prezidentliyə namizədin qeydə alınması üçün, onun müdafiəsi məqsədilə ən azı 40 min imza toplanmalıdır. Bu səbəbdən də adıçəkilən şəxslərin namizədliyinin qeydə alınması məqsədəuyğun hesab edilir.
 
MSK açıq səsvermə yolu ilə C. Həsənlinin namizədliyini qeydə alıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO