20 yaşlı sürücü qəza törətdi - VİDEO

20 yaşlı sürücü qəza törətdi - VİDEO

Hazırda oxunan: 20 yaşlı sürücü qəza törətdi - VİDEO

33235

Ötən gün paytaxtın Babək prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media xəbər verir ki, bu barədə DYP dən yerli mətbuata verilən açıqlamada bilidirilir. 

Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Elşən Elbrus oğlu Məmmədovun sağ zolaqda yüksək sürətlə idarə etdiyi “Audi” markalı, 90-VS-907 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onunla eyni istiqamətdə hərəkət edən “VAZ 21015” markalı, 55-BU-172 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Zaqatalada qəza: YARALILAR VAR - FOTO


Güclü zərbə nəticəsində xəsarət alan “VAZ” markalı avtomobilin sürücüsü Sabirabad rayon sakini 1993-cü il təvəllüdlü Baba Nusrəddin oğlu Kaxidze və avtomobildə olan sərnişin xəstəxanaya yerləşdirilsələr də onların həyatını xilas etmək mümkün olmayıb. 

Hadisənin qeydə alındığı videogörüntülərdə səki ilə hərəkət edən piyadaların da ən son anda qəzadan xilas olduqları əks olunub. 

Hazırda faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO