Kəlbəcərə səfər edən Prezident İlham Əliyev arıçılıq təsərrüfatının yerləşdiyi yaylaqlara baş çəkib.
Bizim.Media xəbər verir ki, dövlət başçısına təsərrüfat barədə məlumat verilib. Bildirilib ki, azad edilən ərazilər arıçılıq üçün böyük yem bazasıdır.
Qeyd edilib ki, gələcəkdə sahələr artrılacaq.
MÖVZU İLƏ BAĞLI:
“Kəlbəcər - Laçın yolu ən yüksək səviyyədə qurulacaq” - VİDEO
Arıçı-fermerlər buradan əldə edilən gəlirin 20 faizi şəhid ailələrinə yönəldiləcəyini vurğulayıblar.
Prezident İlham Əliyev Kəlbəcər balının Sovetlər dönəmində də məşhur olduğunu diqqətə çatdırıb:
“Bizim balımız da çox keyfiyyətlidir. Yəqin ki, Kəlbəcər balı digər yerlərdən daha çox keyfiyyətli olacaq. Ona görə gərək həm daxili bazarı təmin edəsiniz, həm də ixrac”.
Somda arıçılar Prezident İlham Əliyevə Kəlbəcər balından sovqat verdilər
Bizim.Media