“Ermənilərin çəkdiyi bu yoldan indi biz istifadə edirik” – İlham Əliyev - VİDEO

“Ermənilərin çəkdiyi bu yoldan indi biz istifadə edirik” – İlham Əliyev - VİDEO

Hazırda oxunan: “Ermənilərin çəkdiyi bu yoldan indi biz istifadə edirik” – İlham Əliyev - VİDEO

32985

“Qamışlı kəndində bizim enerji infrastrukturumuz yaradılıb və yüksək gərginlikli xəttlər bu yaxınlarda çəkilib. Bu asfalt yolunu da ermənilər çəkiblər. Basarkeçərdən Kəlbəcərə getmək üçün. Laçın dəhlizinə alternativ bir yol çəkmişdilər. Görün gözəl də yoldur.”

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev Kəlbəcərə səfəri zamanı deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident ermənilərin Kəlbəcərdə törətdiyi dağıntıları göstərdi - VİDEO


Dövlət başçısı bildirib ki, indi biz bu yoldan istifadə edirik: 

“Bu yol çəkiləndə Azərbaycan tərəfi buna ciddi etiraz etmişdir. Deyirdik ki, buna yol vermək olmaz. Bu ermənilərin məskunlaşma siyasətinin bir hissəsidir. Ancaq bizi eşidən olmadı.

Nəticədə biz gəldik, bayrağımızı qaldırdıq, düməni qovduq torpağımızda və indi biz yoldan istifadə edirik. Ermənilər isə bu yoldan məhrum oldular. Ona görə bu yolu da hərbi qənimət saymaq olar”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO