Kabildən havaya qalxan təyyarədən 3 nəfər yerə yıxıldı – ANBAAN VİDEO

Kabildən havaya qalxan təyyarədən 3 nəfər yerə yıxıldı – ANBAAN VİDEO

Hazırda oxunan: Kabildən havaya qalxan təyyarədən 3 nəfər yerə yıxıldı – ANBAAN VİDEO

32897

Kabildən qalxan təyyarədən iki nəfər yıxılıb. 

Bizim.Media xəbər verir ki, hadisənin videosu Asvaka agentliyi tərəfindən yayımlanıb.

Kadrlarda iki nəfərin təyyarədən evlərin üstünə düşdüyü görünür. Başqa bir videoda isə düşənlər havaya qalxmazdan əvvəl özlərini şassiyə bağlayırlar. 

Yerli mətbuat üç nəfərin ABŞ-ın “Lockheed C-130 Hercules” hərbi nəqliyyat təyyarəsindən düşdüyünü yazıb.

Xatırladaq ki, dünən Taliban hərəkatı Əfqanıstanın bütün ərazisini nəzarətə aldığını elan edib. 

Təşkilatın nümayəndələri Kabildəki dövlət televiziyasını ələ keçiriblər və müraciətlərində vətəndaşları sakitliyə çağırıblar. Bütün əcnəbilərə yaxın günlərdə ya Kabili tərk etmələrini, ya da qeydiyyatdan keçmələrini söyləyiblər. Radikalların rəhbərliyi əcnəbilərin ölkəni tərk etməsi üçün hava limanının işini təmin edəcəyinə söz verib. Hökumət qoşunlarının evlərinə qayıtmasına da icazə veriblər.

Bundan sonra, Kabil hava limanı respublikada inkişaf edən münaqişənin episentri olub. Minlərlə vətəndaş kömək istəyib və qanunsuz olaraq ölkəni tərk etməyə çalışıb.

Vəziyyəti normallaşdırmaq üçün ABŞ hərbçiləri havaya atəş açıb, beş nəfərin uçuş-enmə zolağında sıxışması nəticəsində öldüyü məlumdur. Həmçinin, atışmadan sonra bir neçə nəfər dünyasını dəyişib.

Bizim.Media


 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO