Ramiz Zeynalov: “Arzu Kazımova bəraət hökmü çıxarılmalı idi”

Ramiz Zeynalov: “Arzu Kazımova bəraət hökmü çıxarılmalı idi”

Hazırda oxunan: Ramiz Zeynalov: “Arzu Kazımova bəraət hökmü çıxarılmalı idi”

32779
“Hesab edirəm ki, Arzu Kazımova məhkəmə bəraət hökmü çıxarmalı idi. Biz bunu aparılan məhkəmə proseslərində əsaslandırmışıq. Ona görə də Bakı Ağır Cinayətlər Məhkəməsinin Arzu Kazımovla bağlı hökmündən narazıyıq. Biz hökmdən qanunla müəyyən olunmuş müddət ərzində apellyasiya şikayəti verəcəyik”. 

Moderator.az xəbər verir ki, bu sözləri bizimyol.info-ya Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin işi ilə əlaqədar tutulan Naxçıvan MR Ali Məclisinin sabiq deputatı, iş adamı Arzu Kazımovun vəkili Ramiz Zeynalov deyib. Vəkil bildirib ki, Arzu Kazımov özü də məhkəmə qərarı ilə razı deyil: “Bəraət hökmünü alana qədər bütün instansiyaları keçəcəyik”. 

Xatırladaq ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əlövsət Abbasovun sədrliyi ilə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin işi ilə əlaqədar tutulan Naxçıvan MR Ali Məclisinin sabiq deputatı, iş adamı Arzu Kazımovun cinayət işi üzrə məhəkəmə prosesi yekunlaşıb. Arzu Kazımovun barəsində ağırlaşdırcı hallar müəyyən edilmədiyi, dəymiş ziyanı ödəməsi, ilk dəfə cinayət törətməsi, 58 yaşında olması və səhhətində problemlərin olmasını yüngülləşdirici hallar hesab edilməklə, Cinayət Məcəlləsinin 62-ci maddəsi (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilərək, cəzasını yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO