“Bu yaxınlarda Bakının ən böyük alış-veriş mərkəzlərində Qarabağa dəymiş zərərə həsr olunan foto-sərgilər başlayacaq”.
Bizim.Media xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacı yerli telekanaldakı proqramlardan birində açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Ağcabədi şəhərinin Baş planı təsdiq edildi
Sərgi üçün demək olar ki, bütün razılıqlar əldə olunub:
“Materiallar da hazırdır. Biz ya avqustun ortalarından, ya sentyabrın əvvəlindən bunu da başlayacağıq ki, ictimaiyyətimiz bu haqda mümkün qədər çox məlumatlı olsun. Çünki bu zərəri görməyəndə, hiss eləməyəndə ziyanın miqyası haqqında da düzgün təsəvvür yaranmır”.
Bizim.Media