Amerikalı videobloger: “Çox şükür ki, Ağdam bərpa edilir” - VİDEO

Amerikalı videobloger: “Çox şükür ki, Ağdam bərpa edilir” - VİDEO

Hazırda oxunan: Amerikalı videobloger: “Çox şükür ki, Ağdam bərpa edilir” - VİDEO

30875

Amerikalı məşhur gənc videobloger Maks Rayzinger özünün YouTube kanalında Azərbaycana səfəri ilə bağlı növbəti videosunu paylaşıb. 

Bizim.Media xəbər verir ki, bu videoda əsasən işğaldan azad edilmiş Qarabağda gördüklərindən danışan gənc videobloger xüsusilə Ağdam şəhərində gördüyü dəhşətli mənzərə haqda təəssüratlarını öz izləyiciləri ilə bölüşüb. 

Ağdamdan olan məcburi köçkün Fəxrəddin Hacıyevin ilk dəfə öz doğma şəhərinə dönüşünü və yerlə-yeksan edilmiş evini tapmasını işıqlandıran Maks “Bütün hekayələrdə, hətta ən qaranlıq və faciəvi olanlarında belə nikbin məqamlar var.

Çox şükür ki, Ağdam bərpa edilir və tezliklə Azərbaycan xalqının həyatına geri dönəcək” deyib.

Bundan əvvəlki videosunda Gəncəyə edilən ballistik raket hücumlarından danışan Maks Rayzinger İƏT Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzinin dəstəyi ilə həyata keçirilən "Show Me Azerbaijan" layihəsi çərçivəsində may ayının sonunda Azərbaycana səfər etmişdi. 

YouTube-da geniş izləyici kütləsi olan Maksın 18 yaşı var və o, ilk müstəqil səfərini Azərbaycana edib. Onun izləyiciləri əsasən 15-18 yaşlı yeniyetmə gənclərdir və dünyanın bir çox yerində, o cümlədən Azərbaycanda onun fanatları var.

Xatırladaq ki, layihə çərçivəsində 8 ölkədən 13 bloger, o cümlədən ABŞ və Əlcəzairdən olan 3 videobloger işğaldan azad edilmiş ərazilərə səfər ediblər.

Videobloqu aşağıdakı keçid vasitəsilə izləyə bilərsiniz:

//www.youtube.com/watch?v=xH5BNCYqynE&t=160s

“Show Me Azerbaijan” layihəsinin digər iştirakçıları Amerikalı videobloger Doug Barnard və Əlcəzairli Kubas Xubeybin Qarabağla bağlı daha öncə yayımlanan videoları ilə aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiniz:

//www.youtube.com/watch?v=cXYjGRDCFbM&t=431s

//www.youtube.com/watch?v=x6UbMKJ6dr4


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO