"Təhsil tələbə kreditlərinin qaytarılma müddəti 10 ildir”.
Bizim.Media xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev bildirib.
Onun sözlərinə görə, əgər tələbə kreditin qaytarılması dövründə daha yüksək əyani təhsil almaq istəsə bu zaman ona möhlət veriləcək:
MÖVZU İLƏ BAĞLI:
40 min tələbəyə YAŞIL İŞIQ – TƏLƏSİN!
“Tələbə bakalavr müddətində magistraturaya əyani və ödənişli daxil olduqda, kredit aldığı dövrdə həqiqi hərbi xidmətə yollanarsa, ona möhlət veriləcək və kredit hesablanmayacaq”.
Nazir müavini bildirib ki, tələbə krediti zamanı hamilə qadınlara da güzəştlər olacaq:
“Tələbə xanım uşaq dünyaya gətiribsə, hamiləliyə görə 156 gün məzuniyyət dövründə və 3 ilədək körpəyə qulluq dövründə kreditin ödənişi tələb olunmayacaq və faiz hesablanmayacaq. Eyni zamanda, məhkumluq faktı qeydə alınarsa, həmin vaxt da kredit tələb olunmayacaq”.
O qeyd edib ki, tələbə kreditləri sığortalanacaq:
“Müqavilə bağlanan zaman sığorta müqaviləsi bağlanacaq. Bu, ölüm və əmək qabiliyyətinin tam və qismən itilməsi ilə bağlıdır. Kreditin verilməsi elektron qaydada olacaq”.
Bizim.Media