Qubada şəhid övladları üçün

Qubada şəhid övladları üçün "Zəfər" düşərgəsi – VİDEO-FOTO 

Hazırda oxunan: Qubada şəhid övladları üçün "Zəfər" düşərgəsi – VİDEO-FOTO 

30051

Quba STEAM mərkəzində Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseydə  şəhid övladları üçün  5 günlük "Zəfər "yay düşərgəsi açılıb. 

Bizim.Media xəbər verir ki, düşərgə Təhsil Nazirliyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkulatçılığı və dəstəyilə açılıb.

Düşərgənin açılışında Təhsil naziri Emin Əmrullayev, Quba İH başçısı Ziyəddin Əliyev, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak edib. 

Çıxış edən təhsil naziri Emin Əmrullayev Vətən müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti və iradəsi, Şanlı Ordumuzun şücaəti sayəsində qazanılan tarixi qələbədən danışıb. 

Aprel şəhidi, polkovnik-leytenant Raquf Orucovun xanımı,"Zəfər "Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova da Vətən müharibəsində qazanılan tarixi qələbədən söz açıb. Açılış mərasimində Fransada yaşayan dünya şöhrətli foto-jurnalist Reza Deqati də iştirak edib. 

74 şəhid övladının  qatıldığı "Zəfər"düşərgəsində şagirdlərin mənalı istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. 

İyulun 31-dək davam edəcək düşərgədə şəhid övladları müxtəlif təlimlərdə və intelektual oyunlarda da iştirak edəcəklər. 

Açılış mərasiminin sonunda şagirdlər üçün konsert və əyləncə proqramı baş tutub. 

Aytəkin Alxaslı, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO