"Neftçi" komandası Gürcüstanın paytaxtı Tbilisidə "Dinamo" ilə keçirdiyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda qalib gəlib.
Bizim.Media xəbər verir ki, "Dinamo Arena"da təşkil olunmuş qarşılaşmada Azərbaycan klubu 2:1 hesablı qələbə qazanıb.
Görüşün ilk yarısı meydan sahiblərinin aşkar üstünlüyü şəraitində keçib. "Dinamo"nun çoxsaylı hücumlarının qarşısını Aqil Məmmədov dəfələrlə almağı bacarıb.
"Neftçi" isə daha çox əks-hücumlara bel bağlayıb. İlk qol da məhz belə hücumdan sonra vurulub. Matçın 23-cü dəqiqəsində zərbə mövqeyinə çıxan Namiq Ələskərov rəqib qapıçı Roin Kvasxvadzenin önə çıxmasından yararlanaraq, topu onun başı üzərindən tora göndərib.
Tbilisi təmsilçisi oyunun 36-cı dəqiqəsində tarazlığı bərpa edib. Serbiyalı hücumçu cərimə meydançasının çölündən qüvvətli zərbə ilə bərabərlik qolunu vurub - 1:1.
İkinci hissəyə "Neftçi" daha fəal başlayıb. Tədricən üstünlüyü ələ alan "ağ-qaralar" 56-cı dəqiqədə penalti qazanıb. İsrailli referi David Fuksman N.Ələskərova qarşı kobudluğu 11 metrlik cərimə zərbəsi kimi dəyərləndirib.
Mahmudovun ilk zərbəsini "Dinamo"nun qapıçısı qaytarsa da, baş hakim onun qapı xəttindən irəli çıxdığını bildirərək, zərbənin təkrarlanmasını istəyib. Kapitan bu dəfə fürsəti əldən verməyib.
Beləliklə, "Neftçi" səfər oyununda "Dinamo" üzərində qələbə qazanaraq, iyulun 14-də "Bakcell Arena"da keçirəcəyi cavab oyunu üçün böyük üstünlük əldə edib. Həmin qarşılaşma saat 21:00-da start götürəcək.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
08:30 / 08.07.2021
“Neftçi” səfərdə “Dinamo Tbilisi”ni məğlub etdi - VİDEO
Hazırda oxunan: “Neftçi” səfərdə “Dinamo Tbilisi”ni məğlub etdi - VİDEO
Hazırda oxunan: “Neftçi” səfərdə “Dinamo Tbilisi”ni məğlub etdi - VİDEO
27798
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.