Ukrayna bu dəfə Permi HƏDƏF ALDI – Məşhur “Azot” zavodu ALOVLAR İÇİNDƏ – VİDEO

Ukrayna bu dəfə Permi HƏDƏF ALDI – Məşhur “Azot” zavodu ALOVLAR İÇİNDƏVİDEO

Hazırda oxunan: Ukrayna bu dəfə Permi HƏDƏF ALDI – Məşhur “Azot” zavodu ALOVLAR İÇİNDƏVİDEO

273707

Rusiyanın Perm diyarında yerləşən “Azot” kimya zavodunda iki güclü partlayış baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Perm diyarının qubernatoru Dmitri Maxonin məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində zavodda texnoloji prosesin qısamüddətli dayanması baş verib, lakin hazırda müəssisə normal rejimdə fəaliyyətini davam etdirir.

“Dəqiqləşdirilmiş məlumata əsasən, gecə saatlarında düşmən PUA-larının hücumu olub.

“Azot”da texnoloji prosesin qısamüddətli dayanması qeydə alınıb, hazırda zavod adi rejimdə işləyir. Ekoloji vəziyyət üçün təhlükə yoxdur, sakinlərin həyatına heç bir risk yaranmayıb.

Ərazidə operativ qərargah fəaliyyət göstərir”, – deyə Maxonin bildirib.

Qubernatorun sözlərinə görə, hücum nəticəsində iki mənzilli yaşayış evi zərər görüb, lakin xəsarət alan olmayıb.

Qeyd edək ki, “Azot” Rusiyanın ən böyük kimya zavodlarından biridir və “Uralchem”in törəmə şirkətidir. Zavod partlayıcı maddələr istehsal edir. “Azot” Ukraynadan 1700 km məsafədə yerləşir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO