Babək prospektindəki dəhşətli qəzanın ANBAAN VİDEOSU

Babək prospektindəki dəhşətli qəzanın ANBAAN VİDEOSU

Hazırda oxunan: Babək prospektindəki dəhşətli qəzanın ANBAAN VİDEOSU

272134

Xətai rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində qeydə alınan qəza manevr etmə qaydalarını pozmağın nə qədər təhlükəli olduğunu göstərir.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciətində bildirilib.

Qeyd olunub ki, nəqliyyat vasitəsini idarə edərkən düzgün manevr etməmək bəzən ağır yol-nəqliyyat hadisəsi ilə nəticələnir:

"Sürücünün həyatını itirdiyi bu hadisədən başqa sürücülər nəticə çıxarmalıdırlar. Müşahidələr göstərir ki, sürücülərin bir qismi hərəkət zamanı düzgün manevr etmirlər və ya manevr edən zaman sadəcə işıq siqnallarını yandırmaqla, üstünlüyün onlarda olduğunu zənn edirlər. Təəssüflər olsun ki, bununla özləri və digər nəqliyyat vasitələri üçün qəza riski yaradırlar.

Hər bir sürücü “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinə nəzər salmalı, göstərilən qaydalara xüsusi diqqətlə yanaşmalıdır. Belə ki, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır.

Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir.

Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Eyni zamanda nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri yollarda qaydalara riayət etməyə və diqqətli olmağa çağırır".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO