Rusiya ordusu bu gecə də Ukraynaya dron zərbələri endirib.
Bizim.Media xəbər verir ki, bu barədə UNİAN nəşri yazıb.
Mənbə qeyd edir ki, Kiyev vilayətində PUA hücumlarının nəticələri dörd rayonda qeydə alınıb, bir kişi yaralanıb.
Sumı şəhərində iki zərbə sənaye obyektlərinə, daha biri isə təhsil müəssisəsinə dəyib. Hücum nəticəsində müəssisənin mühafizəçisi xəsarət alıb.
Zaporojyedə KAB-larla endirilən zərbələr nəticəsində mülki infrastruktur və sənaye obyektləri zədələnib. Vilayət Hərbi Administrasiyasının məlumatına görə, 3 nəfər həlak olub.
Bizim.Media