Türkiyəli general "F-35"in bilinməyən özəlliyini açıqladı - VİDEO

Türkiyəli general "F-35"in bilinməyən özəlliyini açıqladı - VİDEO

Hazırda oxunan: Türkiyəli general "F-35"in bilinməyən özəlliyini açıqladı - VİDEO

271598

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 25-də Vaşinqtona səfəri zamanı amerikalı həmkarı Donald Trampla aparacağı danışıqların mövzularından biri də "F-35" qırıcıları olacaq.

Bizim.Media xəbər verir ki, "Haber Global" telekanalının mövzuya dair süjetində "F-35" layihəsindən çıxarılmış Türkiyənin sözügedən qırıcıları yenidən əldə etmək imkanı müzakirə edilib.

İstefada olan briqada generalı Esat Arslan xatırladıb ki, Türkiyə 2019-cu ilədək "F-35" layihəsinin tərəfdaşı olub.

O, "F-35" qırıcılarının özəlliklərindən danışaraq bildirib ki, bu təyyarələr silahlarını açıq şəkildə deyil, qapalı şəkildə, içəridə daşıyırlar.

Arslan həmçinin vurğulayıb ki, "F-35"lər müəyyən mərkəzdən idarə edilirlər:
 

"Yəni pilot qırıcıya oturan zaman Vaşinqtondan kod gəlmədiyi müddət ərzində onu idarə edə bilməz".


Ekspert "F-35" qırıcılarının ən böyük özəlliyinin isə radarlarda görünməməsinin olduğunu söyləyib.

Daha ətraflı süjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO