Sumqayıtda yaşayış binasında yanğın oldu, 8 nəfər təxliyə edildi - VİDEO

Sumqayıtda yaşayış binasında yanğın oldu, 8 nəfər təxliyə edildi - VİDEO

Hazırda oxunan: Sumqayıtda yaşayış binasında yanğın oldu, 8 nəfər təxliyə edildi - VİDEO

270809

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 8-ci mikrorayon, M.Ə.Sabir küçəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın pilləkən qəfəsliyində baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının elektrik lövhəsində 15 ədəd sayğac və elektrik açarları, 1-ci mərtəbədən 5-ci mərtəbəyə qədər şaxta boyunca 15 p.m. elektrik kabeli və 5 ədəd şaxta qapısı qismən yanıb.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 3-ü azyaşlı olmaqla 8 nəfər bina sakini təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO