Azərbaycan və beş ölkənin qatıldığı birgə təlim BAŞA ÇATDI - FOTO/VİDEO

Azərbaycan və beş ölkənin qatıldığı birgə təlim BAŞA ÇATDI - FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycan və beş ölkənin qatıldığı birgə təlim BAŞA ÇATDI - FOTO/VİDEO

270794

Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə respublikamızda keçirilən "Sonsuz qardaşlıq – IV" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi başa çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bu münasibətlə birgə təlimin iştirakçıları üçün Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Azərbaycan musiqi çələngi" adlı konsert proqramı təqdim olunub.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani çıxış edərək bu tədbirin 18 sentyabr - Milli Musiqi Günü ərəfəsinə təsadüf etdiyini qeyd edib, Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə bağlı qonaqlara ətraflı məlumat verib.
 

Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin solistlərinin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının ifasında xalq və bəstəkar mahnıları, qəhrəmanlıq nəğmələri və rəqslər təlim iştirakçıları tərəfindən maraqla qarşılanıb.


Təlim iştirakçılarına hədiyyələr təqdim olunub.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO