Son günlər sosial şəbəkələrdə bir müəllimin şagirdlərə dərsi rep formasında keçməsi geniş müzakirələrə səbəb olub. Həmin kadrlar bəziləri tərəfindən məktəb etikasına uyğun hesab edilməsə də, digərləri bunu innovativ yanaşma kimi dəyərləndirir.
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Bizim.Media-ya münasibət bildirib.
Ekspert açıqlamasında qeyd edib ki, müəllimin bu addımında hər hansı yanlışlıq görmür:
“Hazırkı təhsilverənlər alfa və Z nəslinin maraqlarını nəzərə alaraq tədrisi aparmalıdır. Çünki müasir dövrün gəncləri gününün böyük hissəsini kompüter və planşet qarşısında keçirir. Rep üsulunda dərs demək müəllimin dərsin yadda qalması üçün atdığı bir addımdır. Əgər bu üsul təhsilverənlərə mövzunu daha asan mənimsəməyə kömək edirsə, burada problem yoxdur” - deyə o, vurğulayıb.
Elçin Əfəndi əlavə edib ki, əsas məsələ dərsin məzmunudur:
“Müəllim keçdiyi dərsin məzmununa diqqət yetirməlidir. Əgər dərs prosesi etik çərçivədən kənara çıxmırsa, bu üsul təhsildə faydalı ola bilər. Amma proses etikaya zidd hal alarsa, müvafiq qərarlar qəbul edilməlidir”, - deyə o bildirib.
Aygün Hüseyn, Bizim.Media

- A-
- A
- A+
Multimedia
08:30 / 16.09.2025
Dərsi rep formasında keçən müəllimə REAKSİYA – VİDEO
Hazırda oxunan: Dərsi rep formasında keçən müəllimə REAKSİYA – VİDEO
Hazırda oxunan: Dərsi rep formasında keçən müəllimə REAKSİYA – VİDEO
270556
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.