14 yaşlı uşağa işgəncə verməkdə təqsirləndirilən qadın FALÇI İMİŞ - VİDEO

14 yaşlı uşağa işgəncə verməkdə təqsirləndirilən qadın FALÇI İMİŞ - VİDEO

Hazırda oxunan: 14 yaşlı uşağa işgəncə verməkdə təqsirləndirilən qadın FALÇI İMİŞ - VİDEO

268777

Xalası tərəfindən işgəncələrə məruz qaldığı iddia edilən 14 yaşlı oğlanla bağlı yeni detallar üzə çıxıb.

Bizim.Media xəbər verir ki, qonşuların sözlərinə görə, Günay Novruzova falçılıqla məşğul olub və özünü "Hacı xanım" kimi təqdim edib.
 

"Uşaq elə bir vəziyyətdə idi ki, hansı vicdansız buna dözə bilərdi?! Öz ayağı ilə gəlib qapını döyüb yardım istədi. Qanını mən silmişəm. "Xala, mənə kömək edin, məni uşaqlar evinə verin" dedi. Çarəsiz qalmışdı, vəhşicəsinə döyülmüşdü. Qadına heç kim söz deyə bilmirdi, çünki bu məhəllədə hamını şantaj edirdi", - deyə qonşulardan biri bildirib.


Qonşular işgəncə faktını təsdiqləsələr də, uşağın böyük qardaşı deyilənlərlə razılaşmır:

"Hər şeyimiz normal olub, heç bir pislik görməmişəm. Mən əsgərlikdə olduğum vaxt qardaşımın o vəziyyətdə olduğunu gördüm. Qonşular burada idilər, amma heç kim mənə deməyib ki, qardaşıma işgəncə verilib. Qardaşım da bu barədə mənə heç nə deməyib. Mən nə görüntülərə, nə xalama, nə də qonşulara güvənirəm. Ekspertizanın cavabını gözləyirəm", - deyə qardaşı açıqlayıb.

Daha ətraflı Baku TV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO