İranın Sistan və Bəlucistan vilayətinin İranşəhr şəhərində naməlum silahlı şəxslər polis əməkdaşlarının olduğu iki patrul avtomobilinə atəş açıblar.
Bizim.Media İran KİV-ə istinadla xəbər verir ki, hücum nəticəsində 5 polis əməkdaşı həlak olub, bir neçəsi isə yaralanıb.
Silahlılar hadisə yerindən qaçaraq gizləniblər, onların axtarışları davam edir. Hücuma görə hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.
Qeyd edək ki, regionda fəaliyyət göstərən “Ceyş ül-Ədl” qruplaşması daha əvvəl də hüquq-mühafizə orqanlarına qarşı silahlı hücumlar törədib. Lakin son insidentin məhz bu qruplaşma tərəfindən həyata keçirildiyi hələ təsdiqlənməyib.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
16:52 / 22.08.2025
İranda polis avtomobillərinə HÜCUM – Ölənlər var – VİDEO
Hazırda oxunan: İranda polis avtomobillərinə HÜCUM – Ölənlər var – VİDEO
Hazırda oxunan: İranda polis avtomobillərinə HÜCUM – Ölənlər var – VİDEO
266538
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.