Moskvaya yağan güclü leysan yağışı bir sıra küçələri və bir metro stansiyasını basıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi fövqəladə hallar xidmətindəki mənbəyə istinadən yayıb.
“Bu ana qədər Moskvanın şərqindəki bir neçə küçə su altında qalıb. Buna görə avtomobillərin hərəkəti çətinləşib. Kalujsko-Rijhskaya xəttinin “Yasenevo” metro stansiyasına da su dolub. “Tyoplıy stan” stansiyasından “Novoyasenevo”ya qədər qatarlar hərəkət etmir”, deyə agentliyin həmsöhbəti qeyd edib.
Güclü külək, həmçinin bir neçə ağacı, reklam lövhələrini aşırıb, mağazaların vitrinlərinə zərər vurub.
Bizim.Media