Gənəli yastığı yandırmaq istəyən kişi 12 hektar meşəyə OD VURDU - VİDEO

Gənəli yastığı yandırmaq istəyən kişi 12 hektar meşəyə OD VURDU - VİDEO

Hazırda oxunan: Gənəli yastığı yandırmaq istəyən kişi 12 hektar meşəyə OD VURDU - VİDEO

257681

Türkiyədə kişi gənəli yastığı yandırmaq istəyərkən 12 hektar meşəni məhv edib.

Bizim.Media xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Manisa vilayətində bir kişinin səbəb olduğu yanğın nəticəsində 12 hektar meşə sahəsi külə dönüb. Məhkəmə həmin şəxsi həbs edib.

Məlum olub ki, o, üzərində gənə olan bir yastığı yandıraraq sonra onu bağa atıb. Bu da yanğının başlamasına səbəb olub.

Qeyd olunur ki, ölkədə meşə yanğınları ilə bağlı ümumilikdə 31 nəfər şübhəli şəxs kimi saxlanılıb. Prezident Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, iyun ayının əvvəlindən bəri Türkiyədə 1 516 meşə yanğını baş verib, onlardan 1 507-si artıq nəzarət altına alınıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO