Mirasa görə qardaşı oğlunu diri-diri yandırdı - ŞOK GÖRÜNTÜLƏR

Mirasa görə qardaşı oğlunu diri-diri yandırdı - ŞOK GÖRÜNTÜLƏR

Hazırda oxunan: Mirasa görə qardaşı oğlunu diri-diri yandırdı - ŞOK GÖRÜNTÜLƏR

256870

Adanada miras mübahisəsi zəminində baş verən dəhşətli hadisədə, əmi 16 yaşlı qardaşı oğlunun üstünə yanar maddə tökərək onu diri-diri yandırıb.

Bizim.Media xəbər verir ki, dəhşətli anlar təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

İyunun 7-si 16 yaşlı Deniz K. evdən çıxarkən əmisi ona sürətlə yaxınlaşaraq əlindəki yanar mayeni üzərinə töküb və od vurub.

Hadisədən sonra hadisəni törədən şəxs 112-yə zəng edərək məlumat verib.

Bədənində 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri olan Deniz K. hazırda reanimasiyada müalicə altındadır. Gənc, verdiyi açıqlamada futbolçu olmaq arzusunda olduğunu bildirib:
 

“Çox arzularım var idi. Futbolçu olacaqdım, Türkiyədə diplomlarım, medallarım var idi. Məni bu hala saldı. Allah cəzasını versin”.


Şübhəli əmi polis tərəfindən saxlanaraq məhkəmə qərarı ilə həbsxanaya göndərilib. Hadisə ilə bağlı araşdırma davam edir. (musavat.com)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO