Yasamalda zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə SATILIR – VİDEO

Yasamalda zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə SATILIR – VİDEO

Hazırda oxunan: Yasamalda zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə SATILIR – VİDEO

253347

2023-cü ilin mayında AQTA tərəfindən fəaliyyəti məhdudlaşdırılmış "Araz su" əmtəə nişanlı minerallaşmış su satışı ilə məşğul olan şirkət öz işinə davam edir.

Bizim.Media xəbər verir ki, “Xəzər TV” sözügedən mövzu ilə bağlı videoreportaj hazırlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bizim.Media-nın gündəmə gətirdiyi problem HƏLL OLUNDU - “Araz su”yun satışı DAYANDIRILDI


Videoreportajda bildirilib ki, paytaxtın Yasamal rayonu Ağa Yusif Dadaşov ünvanında müxtəlif adlar və markalarda sular qablaşdırılır:

“Su qablarının əksəriyyətinin ağzı açıq, toz içindədir. Su daşıyan maşınlar da həmçinin. Ətrafı isə məişət tullantıları bürüyüb. Qablaşdırmanın üzərində təbiət mənzərələri, bulaq, çeşmə və dağ təsvirləri var... Lakin beşmərtəbəli binanın zirzəmisindən çıxarılır.

Üstəlik, məhəllə sakinləri də bu şirkətdən su almadıqlarını deyirlər. Hətta satış üçün aparılan qablardakı suyun krantdan doldurulduğu da iddia edilir.

Özünü şirkətin rəhbəri kimi təqdim edən şəxs isə fəaliyyətləri ilə bağlı çıxarışın olduğunu qeyd edib.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən "Xəzər Xəbər"ə bildirilib ki, həmin çıxarışın olmasına baxmayaraq, məhsulun etiketində mərkəzəşdirilmiş su xəttinə verilən suyun müxtəlif filtrlərdən keçirilməklə qablaşdırılması faktı bəyan olunmalıdır. Əks tədqirdə bu yolverilməzdir.

Agentliyin Bakı Regional bölməsi "Araz su" əmtəə nişanlı minerallaşmış su satışı ilə məşğul olan şirkətin fəaliyyətini araşdıracaq.

Nəticəsi ilə bağlı da ictimaiyyətə məlumat veriləcək.

Daha ətraflı videoda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO