“Duna” axır ki ekranlara gəlir – 2021-ci ilin FANTASTİKASI - VİDEO

“Duna” axır ki ekranlara gəlir – 2021-ci ilin FANTASTİKASI - VİDEO

Hazırda oxunan: “Duna” axır ki ekranlara gəlir – 2021-ci ilin FANTASTİKASI - VİDEO

25261

Məşhur rejissor Deni Villnevin ekranlaşdığı "Duna" (Qum təpəsi – red.) filminin premyerası sentyabrda 78-ci Venesiya Film Festivalında nümayiş olunacaq.

Bizim.Media xəbər verir ki, nümayişin sentyabrın 3-də Venesiyanın Lido adasındakı Kino Sarayının əsas salonunda keçirilməsi planlaşdırılır.

Frank Herbertin eyni adlı romanının əsasında ekranlaşdırılan və  çoxdan gözlənilən film, sentyabrın 1-dən 11-dək davam edəcək festivalda müsabiqədən kənar nümayiş olunacaq.

Filmin baş qəhrəmanı hersoq fövqal insan Pol Atreydesin rolunu aktyor Timoti Şalame canlandırır. Ekran işində həmçinin Oskar Ayzek, Coş Brolin, Stellan Skarsqard, Deyv Baqista, Zendeya və Ceyson Momoa kimi məşhur aktyorlar da yer alıb.

Filmin dünya premyerası keçən ilin noyabr ayına planlaşdırılsa da, pandemiya səbəbindən təxirə salınmışdı.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO