Bakıdan çəkdiyi video bir gecəyə yarım milyon baxıldı – VİDEO

Bakıdan çəkdiyi video bir gecəyə yarım milyon baxıldı – VİDEO

Hazırda oxunan: Bakıdan çəkdiyi video bir gecəyə yarım milyon baxıldı – VİDEO

250114

Serialları tənqid etməsi ilə məşhur olan türkiyəli yutuber Murat Soner Azərbaycana gəlib.

Bizim.Media xəbər verir ki, o, Bakı səfərindən maraqlı vloq paylaşıb. Sözügedən video yutub platformasında trendə düşüb, hazırda 12-ci yerdə qərarlaşıb. Bir gecəyə həmin video yarım milyon baxış yığıb. 

M. Soner paytaxtımızı bir qədər gəzdikdən sonra “Mall”da kinoteatra gedib. O, film afişalarının yetərli olduğunu, lakin izləyici sayının Türkiyədəki kimi azlıq təşkil etdiyini bildirərək təəssüflənib.

Bloqer, həmçinin Azərbaycan yeməklərinin ləzzətli olduğunu bildirib. O, şirniyyatlardan paxlava və şəkərburanın dadına baxıb.
 

Bundan sonra o, bir neçə serialımızı izləyib. İzləyiciləri isə Sonerə bildirib ki, Azərbaycanın ən yaxşı ekran işi “Əqrəb mövsümü”, ən pis isə “Vicdan haqqı” serialıdır.


Yutuber, eyni zamanda Bakının gözəlliyindən danışaraq binaların Avropa stilində inşa edildiyini söyləyib. (Qafqazinfo.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO