Spikerdən deputata İRAD: “Siz nə danışırsınız?!” - VİDEO

Spikerdən deputata İRAD: “Siz nə danışırsınız?!” - VİDEO

Hazırda oxunan: Spikerdən deputata İRAD: “Siz nə danışırsınız?!” - VİDEO

245577

Xəbər verdiyimiz kimi deputat Səyyad Salahlı parlamentin bugünkü iclasında Tarixi və mədəni abidələrin bərpasının iş adamlarına həvalə edilməsi təklifi ilə çıxış edib.

Bizim.Media xəbər verir ki, o abidələrin pasrportlaşdırılması təklifinə etirazını bildirib:
 

“Abidələri pasportlaşdırırıq, bəs onların sonrakı aqibəti nolacaq? Mədəni, tarixi abidələrə ciddi nəzarət yoxdur. Abidələri bərpa etmək üçün onları iş adamlarına vermək lazımdır. Bu abidələr milli mənsubiyyətimiz, özümüzün tarixidir. “Qorxma mən səninləyəm” filmi çəkilən abidənin vəziyyəti indi necədir? Ümumiyyətlə bunların sonrakı taleyi ilə bağlı narahat olmalıyıq”.


Deputatın bu təklifi ilə isə Milli Məclisin sədri Sahibə Qafarova razılaşmayıb:

“Abidələr hamısı Azərbaycan mədəniyyətinə aiddir. Azərbaycan hökumətinə nə olub ki, gərək elə mütləq hansısa biznesmenlərə verilə bunlar?! Bu qanun layihəsini siz başa düşmədiniz ki, nə ilə bağlıdır?! Deyirsiniz ki, “pasportlaşma nəyə lazımdır, bundan sonra necə olacaq”, siz nə danışırsınız?!” - S.Qafarova bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO