Bakı-Quba yolunda ağır QƏZA: Avtomobil TIR-a çırpıldı - Ölən var - VİDEO

Bakı-Quba yolunda ağır QƏZA: Avtomobil TIR-a çırpıldı - Ölən var - VİDEO

Hazırda oxunan: Bakı-Quba yolunda ağır QƏZA: Avtomobil TIR-a çırpıldı - Ölən var - VİDEO

244857

Bu gün Bakı-Quba yolunun 29-cu kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media “avtosfer.az”a istinadən xəbər verir ki, hadisə saat 12:26 radələrində qeydə alınıb.
 

Belə ki, Fəzail Elşad oğlu Cəlilovun idarə etdiyi 99-BT-665 dövlət nömrə qeydiyyatlı “Hyundai Elantra” markalı avtomobil hərəkətdə olarkən yol kənarında dayanmış Namiq Tahir oğlu Məhərrəmova məxsus 99-RR-219 dövlət nömrə nişanlı “DAF” markalı yük maşınının qoşqusuna çırpılıb. Zərbənin təsirindən maşının ön hissəsi yük avtomobilinin altında qalıb.


Sürücü aldığı xəsarətlərdən oradaca vəfat edib.

Qəza yerinə polis əməkdaşları və evakuator cəlb olunub.

Faktla bağlı araşdırma davam edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO