Ağ Ev Trampın Zelenskinin dəvəti ilə Ukraynaya səfərinin mümkünlüyü haqqında şərh verib.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Caroline Leavitt məsələ ilə bağlı sualı cavablandırarkən deyib.
"Mən əslində prezidentlə bu barədə danışmamışam, Zelenskinin təklifini görüb-görməyib bilmirəm. Trampın nə düşündüyünü soruşa bilərəm. Lakin Ukraynaya potensial səfərlə bağlı paylaşa biləcəyim planlar yoxdur", - Leavitt deyib.
Xatırladaq ki, ötən gün Ukrayna prezidenti Volodimir Zelenski hər hansı qərar qəbul etməmişdən əvvəl Trampı Ukraynaya səfərə dəvət edib.
Bizim.Media