Aldığı kolbasanın içindən dəmir parçası çıxdı – VİDEO

Aldığı kolbasanın içindən dəmir parçası çıxdı – VİDEO

Hazırda oxunan: Aldığı kolbasanın içindən dəmir parçası çıxdı – VİDEO

0:00
0:00
242841

“Sizinlə bir məlumatı paylaşmaq istəyirəm. Dünən Neftçalaya gələrkən yolüstü marketin birinə daxil oldum və satıcının xeyli tərifindən, halal mal olmasını dedikdən sonra bu “Halal zəhmət” markasından “Servelat mina” adlı kolbasanı aldım. Düzdür, dünən kolbasanın yarısını yedik. Bu gün səhər isə doğrayanda onun içində yad cisim (dəmir parçası – red.) olduğunu gördük”.

Bizim.Media xəbər verir ki, bu fikirləri aparıcı Nübar Əbil sosial şəbəkədə yazıb.

“Əgər bu yad cisim hər hansı bir ailə üzvünün boğazına və mədəsinə getsəydi, nəticədə bədbəxt hadisə baş versəydi, “Halal zəhmət” markası məsuliyyəti öz üzərinə götürəcəkdimi? Kilosu 21 manat olan bu kolbasanın içində dəmir parçası niyə var?”, deyə o, həyəcanını bildirib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO