1918-ci ildə Quba qəzasında azərbaycanlılara qarşı soyqırımı törədən erməni daşnakları ən ciddi müqavimətlə “Qanlı dərə”də üzləşiblər.
Həmin dövrdə qanlı döyüşlərin getdiyi və sonradan “Qanlı dərə” adını alan ərazi Quba rayonunun Digah kəndi yaxınlığında, indiki Quba-Qusar yolunun kənarında yerləşir.
Məhz bu dərədə Quba və Qusarın yüzlərlə sakini əliyalın top-tüfənglə onların üstünə gələn erməni daşnaklarına irəliləməyə imkan verməyiblər. Əvvəllər Şimi adlanan dərədə tərəflər arasında qanlı döyüşlər gedib. Kənd sakinləri onların daha başqa ərazilərdə qətliam törətmələrinin qarşısını almaq üçün mübarizcəsinə dirəniş göstəriblər.
Yerli özünümüdafiə dəstələrinin qəhrəmancasına müqaviməti haqda Bizim.Media-ya qusarlı tarixçi Sənan Xəlilov açıqlama verib.
Bildirib ki, Şimi dərəsində həm Quba, həm də Qusar sakinlərinin ciddi müqaviməti onları geri qayırmağa məcbur edib:
Ətraflı videoda
Aytəkin Alxaslı, Bizim.Media, Şimal Bürosu