Zelenskidən QƏRBƏ XƏBƏRDARLIQ: “Ya dəstəyi artırın, ya da müharibəyə hazırlaşın” – VİDEO

Zelenskidən QƏRBƏ XƏBƏRDARLIQ: “Ya dəstəyi artırın, ya da müharibəyə hazırlaşın” – VİDEO

Hazırda oxunan: Zelenskidən QƏRBƏ XƏBƏRDARLIQ: “Ya dəstəyi artırın, ya da müharibəyə hazırlaşın” – VİDEO

234763

“Qərb Ukraynaya dəstəyi artırmalı, əks halda birbaşa hərbi münaqişə təhlükəsi ilə üzləşməlidir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün nə ABŞ, nə də Avropa Rusiya ilə eskalasiyadan ehtiyat edərək Ukraynanın NATO-ya daxil olmasını müzakirə etməyə hazır deyil.

Bununla bağlı Zelenski Ukrayna ordusunun 1,5 milyon nəfərə çatdırılmasının vacibliyini vurğulayıb.
 

Zelenskinin sözlərinə görə, Avropa Rusiyanın növbəti hədəfinə çevrilə biləcəyini anlayır və onlar qətiyyətlə hərəkət etməlidir. O vurğulayıb ki, Ukrayna hərbçiləri indi dünyaya danışıqlar aparmaq imkanı verir, lakin Qərb fəal hərəkət etməsə, özünü müharibəyə cəlb edə bilər.


“Biz ABŞ-la Putinə təzyiq göstərmək üçün konkret addımları çox tez müzakirə etməliyik. Əks halda, Qərb kostyumlarını hərbi forma ilə dəyişməli olacaq”, - deyə Zelenski bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO