Rayonlarda yollar qar və buzdan belə təmizləndi – VİDEO

Rayonlarda yollar qar və buzdan belə təmizləndi – VİDEO

Hazırda oxunan: Rayonlarda yollar qar və buzdan belə təmizləndi – VİDEO

233660

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gecə boyu və səhər yolların qar və buzdan təmizlənməsi işləri aparıb. 

Bizim.Media xəbər verir ki, bölgələrdə qurumun xidmət etdiyi yollara, xüsusi ilə daha tez qar tutan və buzlaşan yollara öncədən qar təmizləyən və duz-qum qarışığı səpən texnikalar çıxarılıb. 

Gecə boyu və səhər Yardımlı, Lerik, Qusar, Quba, Şamaxı və digər rayonlarda bütün avtomobil yolları nəzarətdə saxlanılıb.
 

Agentliyin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz, fasiləsiz hərəkəti təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir. 


"Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq sürücülərdən, xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən ehtiyatlı olmaları, sürət həddinə əməl etmələri və meteoroloji amilləri nəzərə almaları xahiş olunur. Həmçinin idarə etdikləri nəqliyyat vasitələri üçün mövsümə uyğun şinlərdən istifadə etmələri tövsiyə olunur", - deyə agentlik bəyan edib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO