Gəncədə ağır qəza: XƏSARƏT ALANLAR VAR - VİDEO

Gəncədə ağır qəza: XƏSARƏT ALANLAR VAR - VİDEO

Hazırda oxunan: Gəncədə ağır qəza: XƏSARƏT ALANLAR VAR - VİDEO

232911

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Avtozavod qəsəbəsinə gedən yolda baş verib. 
 

Hərəkətdə olan “VAZ 2106” markalı minik avtomobili ilə “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində minik maşınında olan iki nəfər ağır xəsarətlər alaraq Gəncənin xəstəxanalarından birinə aparılıblar. 


Şahidlərin sözlərinə görə, qəzanın baş verməsinə yüksək sürət səbəb olub. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. 

Mikroavtobusda yaralananlar bunlardır:

1992-ci il təvəllüdlü J.Zeynalova, 1973-cü il təvəllüdlü M.Abbasova və 1964-cü il təvəllüldü Z.Orucova. 

“VAZ 2106”da yaralananların kimliyi hələlik məlum deyil. Onların vəziyyəti ağır olub.












Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO