Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Bizim.Media FHN-in saytına istinadən xəbər verir ki, məlumat əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilib.
MÖVZU İLƏ BAĞLI:
Sumqayıt sakinindən odlu silah götürüldü
Hadisə yerinə baxış keçirilərkən ərazidə 91 ədəd 7,62 çaplı güllə, 22 ədəd 5,45 çaplı güllə, 1 ədəd döyüş tətbiqinə yararlı UZRQM partladıcı, 1 ədəd döyüş tətbiqinə yararlı “BP-M 75” əl qumbarası, 3 ədəd “DM-11” tüstü minası aşkar edilib.
Aşkar edilmiş sursatlar zərərsizləşdirilməsi üçün XRXX-nin pirotexnikləri tərəfindən ərazidən götürülüb.
Bizim.Media