“Zelenski inauqurasiyadan sonra Trampla görüşməyi planlaşdırır”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski yerli televiziyaya müsahibəsində məlumat verib.
“Danışıqlar zamanı Tramp mənə dedi ki, mənim gözlədiyim ilk səfərlərdən biri siz olacaqsınız. Çünki o, “mənim üçün prioritet müharibəni bitirməkdir və bunu edəcəyəm” deyib. Ona görə də mən hesab edirəm ki, inauqurasiyadan sonra biz bütün plan üzərində işə başlayacağıq”.
Ukrayna prezidenti əlavə edib ki, Trampın təklif edəcəyi plan və müvafiq addımların Ukraynaya baxışı ilə üst-üstə düşməsini istəyir.
“Biz Ukraynayıq, bu, bizim torpaqlarımızdır, bizim gələcəyimizdir”.
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp hələ seçki kampaniyası dönəmində Rusiya-Ukrayna müharibəsini bitirəcəyini vəd edib.
Bizim.Media