Türkiyənin 17 vilayətində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən şəxslərin qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Bizim.Media GDH-a istinadən xəbər verir ki, “GÜRZ-35” adlı əməliyyat çərçivəsində bir həftə ərzində 42 şəxs şübhəli qismində saxlanılıb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın sözlərinə görə, İŞİD-ə qarşı əməliyyatlar Ankara, Bursa, Qaziantep, İstanbul, Diyarbakır, Kahramanmaraş və Kayseri vilayətlərini də əhatə edib.
Saxlanılanlar terror təşkilatlarını maliyyələşdirməkdə və sosial şəbəkələrdə qadağan olunmuş ideologiyanı təbliğ etməkdə ittiham edilirlər.
Bizim.Media