“YAŞAT” Marafonunda şəhid qızının çıxışı hər kəsi ağlatdı – VİDEO

“YAŞAT” Marafonunda şəhid qızının çıxışı hər kəsi ağlatdı – VİDEO

Hazırda oxunan: “YAŞAT” Marafonunda şəhid qızının çıxışı hər kəsi ağlatdı – VİDEO

22412

Xəbər verdiyimiz kimi, dünən Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə “YAŞAT” Marafonu keçirilib.

Marafonda bir çox maraqlı anlar yaşanıb. 

Bizim.Media xəbər verir ki, şəhid hərbçimizin qızının dedikləri studiyada olan aparıcıları və ekran önündə əyləşən tamaşaçıları ağladıb.

“Atamın çoxlu medalları var idi” deyən qız ağlayıb, aparıcı isə ona özünü toparlamağı xahiş edib:
 

MÖVZU İLƏ BAĞLI:

“YAŞAT” marafonu sona çatdı - VİDEO


“Elə hesab et ki, indi hamı səndən güc alacaq. Biz də sənə baxmalıyıq və verilişi aparmalıyıq. Ona görə də əzizim, ağlaya-ağlaya da olsa gücünü toprla və danış”.

“Müharibə dövründə evə çox gəlmirdi, ona görə biz onunla az vaxt keçirirdik. Atam bizim dərslərimizlə məşğul olurdu. O, məni həkim görmək istəyirdi. Mən də onun arzusunu yerinə yetirəcəm və həkim olacam” deyə qız yenə də hıçqıraraq fikrini davam etdirib.

Aparıcı isə ona “Sənin bacın hansı peşənin sahibi olmaq istəyir?” sualını ünvanlayıb. Şəhid qızı qısaca “Müəllim” cavabını verib.

Xatırladaq ki, Marafon Azərbaycan Televiziyasında (AzTV) canlı nümayiş etdirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO